Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda şəhidlərimiz Elçin Əliyevin və Elnur Qarayevin  ailələri ziyarət olunub

Vətən müharibəsinin şəhidləri Elçin Əliyevin və Elnur Qarayevin  ailələri ziyarət olunub...

Noyabrın 15-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, mayor Aqşin Xancanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları Vətən müharibəsinin şəhidləri Elçin Ramil oğlu Əliyevin və Elnur Qalib oğlu Qarayevin anım günləri ərəfəsində ailələrini ziyarət ediblər.

Şəhid ailələrinin evlərini ziyarət edərkən həm Elçin Əliyevin, həm də Elnur Qarayevin fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşələrinə baxış keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hər iki şəhidin ailəsinə başsağlığı verərək, vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını, hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsində qəhrəmanlıq göstərən igidlərimizdən və Şanlı Zəfərdən söz açıb. Şirvan şəhərinin qəhrəmanları Elçin və Elnurun döyüşlərdə göstərdikləri şəxsi igidlikdən və şücaətdən bəhs edib. Qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb.

Ziyarət zamanı şəhidlərin ailə üzvləri övladları ilə bağlı xatirələrini bölüşüblər. Onların uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüklərini, vətənə şərəflə xidmət etdiklərini və onlarla qürur duyduqlarını bildiriblər.

Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, diqqət və qayğıya görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar